Ana səhifə / Xidmətlər / Hovuz və SPA üçün peşəkar mozaika montajı

Hovuz və SPA üçün peşəkar mozaika montajı

Tam su izolyasiyası, 2 komponentli elastik epoksi yapışqan və şaxtaya-xlora davamlı derz dolğusu ilə zəmanətli quraşdırma işləri.

Hovuzların Mozaika ilə Peşəkar Üzlənməsi

Hovuzların mozaika ilə üzlənməsi yüksək dəqiqlik, düzgün su izolyasiyası və xüsusi 2 komponentli elastik yapışqanların tətbiqini tələb edən məsuliyyətli mühəndislik prosesidir. Mozayka Azerbaijan olaraq 2007-ci ildən bəri həm şəxsi villalarda, həm də iri ictimai və idman komplekslərində ən yüksək standartlarla montaj işləri həyata keçiririk.

Xidmətə nələr daxildir?

  • Səthin hazırlanması: Hovuz çanağının təmizlənməsi, hamarlanması və hidrofob astar çəkilməsi.
  • Su izolyasiyası: 2 qat elastik hidroizolyasiya tətbiqi və hidravlik təzyiq sınağı.
  • Dəqiq düzülüş və montaj: Lazer səviyyəölçənlərlə kartların qüsursuz yapışdırılması.
  • Epoksi derz dolğusu: Xlora, ultrabənövşəyi şüalara və kimyəvi təmizləyicilərə tam davamlı epoksi tikişlərin vurulması.

Bu xidmətlə bağlı sualınız var və ya sifariş etmək istəyirsiniz?

Bizimlə əlaqə saxlayın — layihəniz üçün dəqiq material və xidmət hesablanması aparaq, ən uyğun variantları təqdim edək.

Digər Xidmətlərimiz

Bütün xidmətlərə qayıt