Kömək Mərkəzi və FAQ
Tez-tez verilən suallar
Mozaika seçimi, ölçülər, xüsusi sifarişlər, çatdırılma və quraşdırma ilə bağlı ən çox soruşulan sualların cavabları.
Mozaikanın hansı rəng və modelləri mövcuddur?
Müxtəlif rəng, ton və dizayn seçimlərimiz mövcuddur. Layihənizə uyğun rəng və modelləri müəyyənləşdirməyə kömək edirik.
Mozaika ölçüləri hansılardır?
Mozaikalar müxtəlif ölçü və formalarda təqdim olunur. Mövcud ölçülər barədə ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Rəng seçimi üçün kataloq və ya nümunələriniz varmı?
Bəli. Rəng və teksturanı daha düzgün seçməyiniz üçün nümunə və rəng seçimləri təqdim edə bilərik.
Xüsusi dizayn və naxış hazırlamaq mümkündürmü?
Bəli. Layihənin xüsusiyyətlərinə və müştərinin istəyinə uyğun xüsusi dizayn və naxışlar hazırlana bilər.
Mozaika yalnız hovuz üçün istifadə olunur?
Xeyr. Mozaikalar hovuzlarla yanaşı, hamam, sauna, SPA və digər dekorativ məkanlarda da istifadə oluna bilər.
Mozaika şaxtaya və temperatur dəyişikliklərinə davamlıdırmı?
Mozaikanın seçilən modelindən və tətbiq olunan sistemdən asılı olaraq uyğun məhsul seçimi edilir. Xarici və temperatur dəyişkənliyi olan məkanlar üçün uyğun variant barədə sizə məsləhət veririk.
Hovuz üçün olan mozaykalarda xlorlu su mozaikanın rənginə və parlaqlığına təsir edirmi?
Hovuz üçün uyğun seçilmiş keyfiyyətli mozaika xlorlu su ilə təmasda rəng və parlaqlığını qorumaq üçün nəzərdə tutulur.
Mozaikanın qulluq və təmizlənməsi necə aparılır?
Mozaikanın təmizlənməsi xüsusi mürəkkəb qulluq tələb etmir. Düzgün qulluq və uyğun təmizləyici vasitələrdən istifadə onun uzun müddət estetik görünüşünü qorumasına kömək edir.
Çatdırılma həyata keçirirsinizmi?
Bəli, çatdırılma imkanları mövcuddur. Çatdırılma şərtləri sifarişin həcmi və ünvanından asılı olaraq müəyyən edilir.
Bakı və digər şəhərlərə çatdırılma mümkündürmü?
Bəli. Bakı ilə yanaşı, digər şəhər və rayonlara da çatdırılma imkanları mövcuddur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Topdan sifarişlər üçün xüsusi qiymətlər varmı?
Bəli. Böyük həcmli və topdan sifarişlər üçün xüsusi qiymət təklifləri mövcuddur.
Layihə üçün lazım olan mozaika miqdarını hesablamağa kömək edirsinizmi?
Bəli. Layihənin ölçülərini təqdim etdiyiniz halda tələb olunan mozaika miqdarının hesablanması ilə bağlı sizə dəstək göstərə bilərik.
Mozaikanın rəngi realda şəkildə göründüyü kimidirmi?
Rənglər ekran və çəkiliş şəraitindən asılı olaraq fərqli görünə bilər. Buna görə də seçim zamanı real nümunəyə baxmağınızı tövsiyə edirik.
Dizayn və rəng seçimi ilə bağlı məsləhət verirsinizmi?
Bəli. Hovuzun ölçüsü, forması, interyer və ümumi dizaynına uyğun rəng və mozaika seçimi ilə bağlı sizə peşəkar məsləhət verə bilərik.
Ödəniş necə həyata keçirilir?
Ödəniş nağd və bank köçürməsi yolu ilə həyata keçirilir. Sifarişin təsdiqi zamanı ödəniş şərtləri barədə ətraflı məlumat təqdim olunur.
Sifariş neçə gün ərzində hazırlanır?
Məhsullarımızın bir çoxu stokda hazır vəziyyətdə olur. Stokda olmayan məhsullar üçün isə hazırlanma müddəti sifarişin həcminə və seçilən məhsula uyğun olaraq müəyyən edilir.